Modern.az

Temperatur aşağı düşəcək, bəzi ərazilərdə leysan olacaq

Temperatur aşağı düşəcək, bəzi ərazilərdə leysan olacaq

20 May 2014, 13:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verillən məlumata görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacağı gözlənilir. Mayın 21-də küləkli hava şəraiti davam edəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-18, gündüz 20-25 dərəcə isti olacaq.

Mayın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrlı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

 

Modern.az


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı