Modern.az

Səfirlikdən AÇIQLAMA: Vəkili Orxan Zeynalovun müdafiəsindən İMTİNA EDİB

Səfirlikdən AÇIQLAMA: Vəkili Orxan Zeynalovun müdafiəsindən İMTİNA EDİB

20 May 2014, 14:56

Moskvanın Qərbi Biryulevo rayonunda şəhər sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun vəkili onun müdafiəsindən imtina edib. Azərbaycanın Rusiyadakı səfirliyindən Modern.az saytına verilən məlumata görə, yaxın günlərdə Orxan Zeynalova yeni vəkil tutulacaq.  Səfirlikdən onu da bildiriblər ki, bu ayın sonunda məhkəmənin vaxtı da bəlli olacaq.

“Konsul və səfir 10 gündən bir Orxan Zeynalovla  görüşür. Artıq istintaq bitib. Yaxın günlərdə müqailə ilə ona yeni vəkil tutulacaq. Çünki hazırki vəkil prosesi davam etdirmək istəmir. Məhkəmənin vaxti bu ayın axırı müəyyənləşəcək. O ki, qaldı Orxan Zeynalovun müvəqqəti saxlanma yerinə, orada şəraiti pis deyil. Konsulla olan sonuncu söhbətinə görə ona heç kim pis baxmır. Sadəcə olaraq özü daxildə olan rejimi pozursa, hər hasnı qanun pozuntusuna yol verirsə, daxili nizamnaməyə görə, cəzalandırıla bilər. Amma bildiyimizə görə, Orxan Zeynalov elə də qanunsuzluq etmir”.

Səfirlikdən onu da qeyd ediblər ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu daim Orxan Zeynalovla maraqlanır.
“Səfir onunla həmişə maraqlanır. Hətta səfirlik tərəfindən Xarici İşlər Nazirliyinə iki nota verildi. Bu məsələ ilə konsulun məşğul olması da səfrin istəyi ilə baş verib”-deyə səfirlikdən bildirilib.    

Xatırladaq ki, Y.Şerbakovun qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olmuşdu.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır