Modern.az

Azərbaycanın bir sıra səfirlikləri gücləndirilmiş rejimdə çalışır 

Azərbaycanın bir sıra səfirlikləri gücləndirilmiş rejimdə çalışır 

Aktual

2 Mart 2026, 13:26

Azərbaycanın İran və İsraildəki səfirlikləri gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər.

Bunu Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. İndiyə kimi İranda ölənlərin sayı 555-ə çatıb.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bir müddət əvvəl bəyanat yayaraq vətəndaşlarını İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail və İrana səfərdən çəkinməyə çağırıb. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi