Modern.az

Azərbaycanla Bəhreynin XİN rəhbərləri İranı müzakirə etdi

Azərbaycanla Bəhreynin XİN rəhbərləri İranı müzakirə etdi

Aktual

2 Mart 2026, 15:58

2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani arasında telefon danışığı baş tutub.

XİN-d Modern.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Yaxın Şərq regionunda son hərbi eskalasiya, təhlükəsizlik mühitində artan gərginlik və bunun mümkün nəticələri barədə fikir mübadiləsi aparılıb.

Nazirlər bölgədə vəziyyətin sürətlə dəyişməsindən ciddi narahatlıqlarını ifadə edərək, gərginliyin daha da artmasının regional sabitlik və təhlükəsizlik üçün arzuolunmaz nəticələr doğura biləcəyini vurğulayıblar.

Söhbət zamanı deeskalasiya tədbirlərinin təxirəsalınmaz xarakter daşıdığı bildirilib, diplomatik kanalların açıq saxlanmasının, dialoq və danışıqlar prosesinin təşviq edilməsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyi diqqətə çatdırılıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi