Modern.az

Azərbaycan və Rusiya “AZAL” təyyarəsilə bağlı addımlar atacaqlar

Azərbaycan və Rusiya “AZAL” təyyarəsilə bağlı addımlar atacaqlar

Aktual

2 Mart 2026, 16:58

Azərbaycan və Rusiya “AZAL” təyyarəsinin qəzası ilə bağlı yaxın vaxtlarda addımlar atacaqlar.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbulu zamanı bildirilib.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi