Modern.az

Ziyalılar Forumunun iclası Rüstəm İbrahimbəyovsuz KEÇİRİLƏCƏK

Ziyalılar Forumunun iclası Rüstəm İbrahimbəyovsuz KEÇİRİLƏCƏK

Təhsil

22 May 2014, 13:12


Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun onun iştirakı olmadan toplaşmasını təklif edib.  O bildirib ki, Ziyalılar Forumu onun iştirakı olmadan toplanıb ictimai-siyasi məsələləri müzakirə edə bilər. Ziyalılar Forumunun iclasının keçirilməsi təklifinə reaksiya isə özünü gecikdirməyib. Milli Şuranın sədri, Ziyalılar Forumunun üzvü Cəmil Həsənli Modern.az saytına açıqlamasında bildirib ki, iclasın keçirilməsi gündəmdədir. “Biz Rüstəm İbrahimbəyovsuz da toplantı keçirə bilərik. Bu istiqamətdə işlər gedir”,-deyə C. Həsənli bildirib.  

O, R. İbrahimbəyovun ziyalıları Moskva və ya Tiflisə çağırması barədə fikirlər haqqında isə belə deyib: “Mənim bu haqda heç bir məlumatım yoxdur”.  

Qeyd edək ki, Ziyalılar Forumu artıq uzun müddətdir ki, bir araya gələ bilmir. Ziyalılar Forumunun əsas təsisçilərindən biri olan R. İbrahimbəyov isə hələ də Azərbaycana gəlməkdə tərəddüd edir.  

Aqşin Kərimov  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı