Modern.az

Sabah 28 dərəcə isti olacaq

Sabah 28 dərəcə isti olacaq

Təhsil

22 May 2014, 13:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 23-də hava şəraitinin gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.  

Yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!