Modern.az

“Bakı Metropoliteni”nin sədrindən daha bir yenilik

“Bakı Metropoliteni”nin sədrindən daha bir yenilik

22 May 2014, 13:37

“Metro.gov.az fəaliyyətini dayandırıb”. Bunu Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib:

“Həmin sayt əvvəl yalnız metropoliten idarəsinə xidmət göstərirdi. Lakin prezidentin məlum sərəncamına əsasən Bakı Metropoliteni İdarəsi ilə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin birləşməsi nəticəsində “Bakı Metropoliteni” QSC yaradıldı. Yeni müəssisə yaradıldığından, yeni dizaynda, yeni tərtibatda, bol informasiyalı sayt tərtib olunacaq. İstənilən şəxs onu maraqlandıran  informasiyaları oradan əldə edə biləcək”.

Qeyd edək ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" prezidentin bu il fevralın 27-də imzaladığı sərəncama əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Yeni yaradılan cəmiyyətin sədri vəzifəsinə isə Zaur Hüseynov təyin edilib.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?