Modern.az

Texniki Humanitar Liseydə etiraza səbəb olmuş imtahanlar ləğv olundu - RƏSMİ AÇIQLAMA

Texniki Humanitar Liseydə etiraza səbəb olmuş imtahanlar ləğv olundu - RƏSMİ AÇIQLAMA

22 May 2014, 14:59

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Texniki Humanitar Liseydə müəllimlərin etiraz aksiyası keçirməsi barədə yayılmış xəbərlərə aydınlıq gətirib. İdarənin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az saytına verilən açıqlamada bildirilib:

“Daha əvvəl qeyd olunduğu kimi, Texniki Humanitar Liseydə keçirilmiş monitorinq valideynlər tərəfindən narazılıqla qarşılanmış və sualların proqrama uyğun tərtib edilməməsi bildirilmişdir. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən suallar araşdırılmış və müəyyən sualların proqramdan kənar olması aşkarlanmış və monitorinqin nəticələri ləğv edilmişdir.
Bu gün BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli təhsil müəssisəsində olaraq  bu qərarı pedaqoji kollektivin və valideynlərin diqqətinə çatdırmışdır.
Liseydə etiraz aksiyasının keçirilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil”.

Xatırladaq ki, mayın 19-da Nəsimi rayonu,  20 Yanvar küçəsi 3-də yerləşən Texniki Humanitar Liseydə yuxarı sinif şagirdləri və onların valideynləri etiraz aksiyası keçiriblər. V-X siniflər arasında aparılmış monitorinqin suallarına etiraz edən şagirdlər direktor Simuzər Əliyevanın işdən çıxarılmasını tələb ediblər. Səs-küy salan şagirdləri sakitləşdirmək üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. Bundan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin əməkdaşları da məktəbə gəliblər.

Simuzər Əliyeva bu təhsil müəssisəsinin rəhbəri vəzifəsinə 3 ay əvvəl təyin edilib. O, bildirib ki, imtahanlardan keçməyən şagirdlər liseydən kənarlaşdırılacaq. Bu isə şagird və valideynlərdə qəzəb doğurub.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?