Modern.az

MTN təkzib etdi: “Suraxanıdakı internatda araşdırma aparmırıq”

MTN təkzib etdi: “Suraxanıdakı internatda araşdırma aparmırıq”

Təhsil

22 May 2014, 15:03


“Milli Təhlükəsizlik Nazirliyi Suraxanı rayonundakı 7 saylı xüsusi internat məktəbində baş verən hadisəylə bağlı araşdırma aparmır. Bu, birbaşa Təhsil Nazirliyinin səlahiyyətində olan məsələdir”.

Bunu Modern.az saytına açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bildirib.

Qeyd edək ki, iki gündür gündəmi zəbt edən Cavadov Nahidin müəllim tərəfindən döyülməsi böyük rezonans doğurub. Təhsil Nazirliyinin və Daxili İşlər Nazirliyinin müstəqil şəkildə eyni nəticəyə gəlməsinə baxmayaraq, Təhsil Nazirliyi tərəfindən məsələnin daha təfsilatı ilə araşdırılması üçün əlavə yoxlama məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyət göstərəcəyi müddətdə 7 nömrəli internat məktəbinin rəhbərliyi və məsələdə adı hallandırılan digər şəxslər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb və təhsil müəssisəsinin idarəolunması Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinə həvalə olunub. Mətbuatda məlum hadisə ilə bağlı MTN-nin araşdırma apardığı əks olunan xəbərlər yer alıb.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür