Modern.az

Uşaqların istintaqında psixoloq iştirakı məcburi olacaq

Uşaqların istintaqında psixoloq iştirakı məcburi olacaq

Parlament

3 Mart 2026, 12:24

Yetkinlik yaşına çatmamış şəxslərlə əlaqədar istintaq proseslərində iştirak etməli olan şəxslərin əhatə dairəsi genişləndirilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, uşaqların dindirilməsi, üzləşdirilməsi və digər proseslər zamanı müəllim, həkim, tərcüməçi və uşağın qanuni nümayəndəsi ilə yanaşı psixoloqlar da iştirak edəcək.

Məsələ üçüncü oxunuşda qəbul edilib. 

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı