Modern.az

Dövlət Gənclər Siyasətində qarabağlı gənclərin yeri müzakirə olundu

Dövlət Gənclər Siyasətində qarabağlı gənclərin yeri müzakirə olundu

Təhsil

22 May 2014, 15:41

“Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə artıq cəmiyyətin avanqard qüvvəsinə çevrilib”.

Bu fikirlər Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində rayon gəncləri ilə yanaşı Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Cəbrayıl, Zəngilan,  Ağcəbədi, İmişli, Beyləqan, Xocavənd rayonlarından olan gənclərin də iştirak etdiyi  “Dövlət Gənclər Siyasətində Qarabağlı gənclərin yeri və rolu” mövzusunda keçirilən konfransda bildirilib.

Əvvəlcə  rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbir iştikarçıları ilə birlikdə Heydər Əliyevin abidəsini ziyarət edib, gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

İcra başçısı Alı Alıyev gənclərin qarşısında deyib ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını təmin etmək paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.

Alı Alıyev “Gənclər siyasəti haqqında” Qanunun 12 ildir ki, ölkədə uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, qanun qəbul olunandan ötən müddətdə Füzuli, o cümlədən Qarabağlı gənclərinin fəallığı daha da artmış, siyasətdə, iqtisadiyyatda, mədəni quruculuq sahələrində, elmdə gənclərimiz aparıcı qüvvəyə çevrilib. 

“Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır. Gənclər siyasəti Füzulidə də uğurla həyata keçirilir. Rayonda kadrların seçilib yerləşdirilməsi, ali təhsilli gənc mütəxəssislərin irəli çəkilməsi diqqət mərkəzindədir. Son üç ildə 100 nəfərə yaxın ali təhsilli gənc dövlət qulluğunda irəli çəkilmişdir. Qabiliyyəti olan gənclərə biz gələcəkdə də üstünlük verəcəyik, onları rəhbər vəzifələrə dəvət edəcəyik”-deyə Alı Alıyev vurğulayıb.

Tədbirdə YAP rayon Gənclər Birliyinin sədri Tural Nəbiyev məruzə ilə çıxış edib. O, rayonun 30 min nəfərdən artıq gəncinin rayonun ictimai, siyasi və təsərrüfat sahələrində fərqləndiklərini vurğulamış, təhsil, səhiyyə, mədəniyyət sahələrində gənclərin fəal həyat mövqeyi tutduqlarını qeyd edib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edib, ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb. Digər çıxış edənlər gənclər siyasətinin prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ölkədə həyata keçirdikləri siyasi, ideoloji xəttin məntiqi nəticəsi kimi qiymətləndiriblər.

Sonda tədbir konsert proqramı ilə davam edib.






Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi