Modern.az

Sabir Hacıyev:”ABŞ səfirinin söylədiyi fikirlər ölkəsinə yaraşmır”

Sabir Hacıyev:”ABŞ səfirinin söylədiyi fikirlər ölkəsinə yaraşmır”

Təhsil

22 May 2014, 17:05

ABŞ-ın Bakıdakı diplomatik korpusunun rəhbəri Riçard Morninqstarın “Azadlıq” radiosunda   Azərbaycan hökuməti haqqında səsləndirdiyi fikirlərə deputat  Sabir Hacıyev də münasibət bildirib.

S. Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, bu günlərdə Azərbaycan mediasında ABŞ-ın Azərbaycandakı  fövqəladə  və səlahiyyətli  səfiri  Riçard  Morninqstarın “Azərbaycan  dövləti monolit  deyil”, “Azərbaycanı Ukrayna ilə müqayisə etmək olar”  kimi fikirləri ilə tanış oldum:”Açığını deyim ki, belə yüksək  səviyyəli, peşəkar bir diplomatın  məntiqi düşüncə tərzinə  çox təəccübləndim. Mən cənab səfirin fikirlərinə olduqca tənqidi yanaşıram. Bunu peşəkar  diplomata  yaraşan düşüncə  tərzi  saymıram. Bir diplomat hər hansı məsələyə münasibət  bildirərkən bütöv bir  dövləti təmsil etdiyini, öz ölkəsinin adından danışdığını unutmamalıdır”.

Deputat Azərbaycan ABŞ münasibətlərinə də toxunaraq qeyd edib ki, münasibətlər sürətlə inkişaf edir, qarşılıqlı əlaqələrin hazırkı durumu yüksək səviyyədədir. “Riçard Morninqstarın fikirləri nə öz ölkəsinin, nə də Avropaya  sürətlə inteqrasiya  edən Azərbaycanın adına yaraşmır. Məncə, iki ölkə arasındakı  münasibətləri  cənab səfirin baxış rakursundan qiymətləndirmək olmaz”-deyə S.Hacıyev əlavə edib. 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi