Modern.az

Azay Quliyev Avropa İttifaqının səfiri ilə görüşüb - FOTO

Azay Quliyev Avropa İttifaqının səfiri ilə görüşüb - FOTO

Təhsil

22 May 2014, 17:30


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Malena Mard ilə görüş keçirilib. Şuradan Modern.az-a verilən məlumata görə, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında səfirə ətraflı məlumat verərək Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı gördüyü işlərdən danışıb və Şuranın təşəbbüsü ilə Milli Məclisdə “Könüllülük fəaliyyəti haqqında” və “İctimai iştirakçılıq” haqqında qanunların qəbul edildiyini bildirib. Azay Quliyev Milli Məclisdə üzvü olduğu “hüquq siyasəti və dövlət quruculuğu” komitəsində Aİ ilə Azərbaycan Respublikası arasında imzalanmış “Readmissiya” sazişinin ratfikasiyası məsələsinin MM-in iclasının gündəliyinə salınması haqqında qərar qəbul olunduğunu qeyd edib.

Səfir Malena Mard Azərbaycanda çalışmağından məmnunluğunu bildirərək “Readmissiya” sazişinin imzalanmasının Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu bildirib. Aİ-nın Azərbaycandakı nümayəndəliyi üçün hazırda ölkəmizdə təhsilin inkişafı, qanunun aliliyinin təminatı və regionların inkişafının pioritet sahə olduğunu qeyd edən səfir hər üç istiqamət üzrə vətəndaş cəmiyyəti strukturları ilə əməkdaşlığı vacib hesab etdiklərini qeyd edib.

Səfir Malena Mard eyni zamanda Aİ-nin ölkəmizdə vətəndaş təşəbbüskarlığının dəstəklənməsi və QHT-lərin yaradılması və inkişafının stimullaşdırılmasına da önəm verdiklərini vurğulayıb.

Şura sədri Bakıda və regionlarda QHT-lər üçün Resurs və Təlim Mərkəzlərinin yaradılması, Şuranın təhlil və inkişaf bölməsinin işinin təşkili, ölkə QHT-ləri üçün beynəlxalq standartların hazırlanması, qarşılıqlı maraq doğuran sahələrdə birgə qrant müsabiqələrinin həyata keçirilməsində əməkdaşlıq edə biləcəklərini deyib.

Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri qeyd olunan istiqamətlər üzrə Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 

Görüşdə QHT-lərin siyasiləşməsi məsələsinədə toxunulub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

  Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi