Modern.az

ABŞ Daxili Təhlükəsizlik katibinin köməkçisi Azərbaycana gəlib

ABŞ Daxili Təhlükəsizlik katibinin köməkçisi Azərbaycana gəlib

22 May 2014, 17:43



ABŞ Daxili Təhlükəsizlik Katibinin Köməkçisi və beynəlxalq əlaqələr üzrə baş diplomatik zabit Alan Bersin Bakıda, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən keçiriləcək Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsinin (İNCU) Qlobal Təsis Konfransında iştirak etmək üçün mayın 21-23-də Azərbaycanda olacaq.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, Bersin konfransda "Təhlükəsizlik: Xətlər və Axınlar: Sərhədlərin Başlanğıcı və Sonu. Sərhəd  İdarəetmə Fəaliyyətinin  Nəzəriyyəsi və Qlobal Dövrdə Təhlükəsizlik "  mövzusunda çıxış edəcək. ABŞ Daxili Təhlükəsizlik Katibinin Köməkçisi  Bersinin tərcümeyi-halını //www.dhs.gov/person/alan-bersin  elektron ünvanda əldə etmək olar.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı