Modern.az

Soma faciəsinə görə Türkiyədə Respublika Günü qeyd olunmayacaq

Soma faciəsinə görə Türkiyədə Respublika Günü qeyd olunmayacaq

Aktual

22 May 2014, 21:14


Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri Respublika Günü münasibətilə planlaşdırılan tədbirləri ləğv ediblər.

Azərbaycanın Türkiyədəki səfirliyindən bildirlib ki, Türkiyənin Manisa vilayətinin Soma rayonunda baş vermiş faciə səbəbindən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəlik və konsulluqları 28 May - Respublika Günü münasibətilə Ankara, İstanbul və Qars şəhərlərində planlaşdırılan rəsmi qəbul və şənlik tədbirlərini ləğv ediblər. Qeyd olunan tədbirlərə ayrılmış vəsait Soma faciəsi nəticəsində həlak olmuş insanların yaxınlarına bağışlanacaq.

Xatırladaq ki, Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub, 486 fəhlə isə yaralanıb.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi