Modern.az

İntim həyatın sirrləri

İntim həyatın sirrləri

Aktual

22 May 2014, 22:14


İntim həyat haqqında bilgilərə malik olmaq ən azı ona görə vacibdir ki, bu sahədə atılacaq yalnış bir addım hər hansı bir xəstəliklə, yaxud digər xoşagəlməz fəsadlarla nəticələnə bilər. Çünki intim həyat insan üçün təkcə həzz mənbəyi deyil, həm də orqanizm üçün zəruri olan bioloji tələbatdır. Bununla yanaşı, hər bir insanın intim həyatı birbaşa onun psixoloji və mənəvi durumuna da yetərincə təsir edən amillərdəndir.

Modern.az saytı bunları nəzərə alaraq intim həyatın sirrləri haqqında yazını təqdim edir.

1. Normal intim həyat bir çox xəstəliklərin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir. Müntəzəm sekslə məşğul olan insanlarda baş ağrısı, immunitetin zəifləməsi, soyuqdəymə, dəri problemləri, piylənmə, yoluxucu xəstəliklərə tutulma halları daha az olur.

2. Normal intim həyat normal və sağlam yuxu deməkdir. Belə ki, cinsi əlaqə zamanı orqanizmdə xoşbəxtlik hormonu adlandırılan endorfin və yuxu hormonu olan oksitosin yaranır. Məhz bu hormonların yaranması nəticəsində orqanizm tam sakitləşir, rahatlanır və dərin yuxu təmin olunur.

3. Müntəzəm olaraq sekslə məşğul olanlar öz cavanlıqlarının ömrünü daha çox uzatmış olurlar. Müqayisəli şəkildə diqqət yetirilərsə belə nəticəyə gəlmək olar ki, normal intim həyatı olanlar cinsi fəaliyyətdən uzaq olanlardan daha cavan, daha gümrah görünürlər.

4. Seks yaddaşı gücləndirir, beyinin fəaliyyətinə müsbət təsir göstərir. Cinsi əlaqə zamanı qan dövranı yaxşılaşır və beləliklə də beyin, digər orqanlar qan vasitəsi ilə oksigenlə daha yaxşı təchiz olunur. Bununla da orqanizmdə müsbət dəyişikliklər baş verir.

5. Seks insanın qəzəb hissini, əsəbiliyini məhv edir. İntim əlaqə zamanı alınan həzz bu xoşagəlməz hisslərə qalib gəlir.

6. Seksin orqanizm üçün vacibliyini fikirləşərək təsadüfi tanışlarla cinsi əlaqədə olmaq və elə düşünmək ki, bununla bioloji tələbat ödənilir, bu tam yanlışlıqdar. Təsadüfi yerlərdə, təsadüfi tanışlarla cinsi əlaqə insanın intim həyatına, cinsi fəaliyyətinə birdəfəlik son qoya bilər. Dünyanı bürüyən bu təhlükə mütləq nəzərə alınmalıdır.

7. Normal intim həyatın təmin olunmasında gigiyenik qaydalara riayət ən vacib şərtlərdən biridir. Cinsi əlaqə zamanı çox adi görünə bilən natəmizlik sağlamlıq üçün böyük problemlər yarada bilər.

8. Nəhayət, intim həyatlarını, cinsi fəallıqlarını normal saxlamaq istəyənlər qida rasionlarına, istirahətlərinə və sağlam həyat tərzi üçün nəzərdə tutulmuş digər yaşam qaydalarına xüsusi diqqət yetirməlidirlər. Ən başlıcası isə apteklərdə kimyəvi tərkibli dərmanların bol olduğu bir dövrdə intim zəifliyi olanların təbii afrodiziaklara üstünlük vermələri məsləhətdir. Bu haqda ətrafı məlumatları növbəti yazımızda təqdim edəcəyik.

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!