Modern.az

Azərbaycana müalicə üçün gələn əcnəbilər - Onlar hansı ölkələrdəndi?

Azərbaycana müalicə üçün gələn əcnəbilər - Onlar hansı ölkələrdəndi?

Ölkə

Bu gün, 09:00

2025-ci il ərzində Azərbaycanın sağlamlıq turizmi xidmətlərindən faydalanmaq üçün ümumilikdə 20 135 nəfər xarici vətəndaş ölkəmizə səfər edib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. 

Bildirilib ki, bu sayın təxminən 85.4%-ni MDB ölkələrindən gələnlər təşkil edib.

Məlumata görə, səfər edənlər arasında ilk sıralarda Rusiya Federasiyası (11 320 nəfər), Qazaxıstan (2 424 nəfər), Türkiyə (1 739 nəfər), Gürcüstan (1 461 nəfər) vətəndaşları yer alır. İlk onluqda isə Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna və Belarus kimi ölkələr mövcuddur.

Xatırladaq ki, 2024-cü il ərzində Azərbaycanın sağlamlıq turizmi xidmətlərindən yararlanmaq üçün ölkəmizə səfər edən vətəndaşların sayı isə ümumilikdə 23 272 nəfər təşkil edib. 2025-ci illə müqayisədə həmin vaxt göstəricinin təxminən 83,4 faizi MDB ölkələrinin payına düşüb.

Səfər edənlər arasında ilk beşlikdə Rusiya Federasiyası (15 360 nəfər), Qazaxıstan (2 199 nəfər), Türkiyə (1 311 nəfər), Gürcüstan (1 068 nəfər) və Özbəkistan (935 nəfər) vətəndaşları yer alıb. Bundan əlavə, ilk onluqda, Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna və Belarusdan gələnlər də yer alıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var