Modern.az

İlqar Mustafayevin səhhətində problem yarandı

İlqar Mustafayevin səhhətində problem yarandı

Aktual

4 Mart 2026, 20:35

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə İlqar Mustafayevin məhkəmədə iştirakının mümkün olmadığı bildirilib.

Qeyd olunub ki, Ədiyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə alan İlqar Mustafayev məhkəməyə gətirilərkən ürəyində problem yaranıb və o, geri qaytarılıb.

Məhkəmənin növbəti iclası qeyri-müəyyən vaxta təyin edilib. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi