Modern.az

Pezeşkian qonşu ölkələrə müraciət etdi

Pezeşkian qonşu ölkələrə müraciət etdi

Dünya

4 Mart 2026, 20:55

İran Prezidenti Məsud Pezeşkian qonşu və dost ölkələrin liderlərinə müraciət edib.

Modern.az-ın məlumatına görə, Pezeşkian "X" platformasında yayımlanan müraciətində bildirib ki, İran diplomatiya yolu ilə ABŞ və İsraillə müharibədən qaçmağa çalışıb, lakin onların hərbi təcavüzü ölkəyə müdafiə olunmaqdan başqa seçim qoymayıb.

Prezident vurğulayıb ki, İran qonşu dövlətlərin suverenliyinə hörmət edir və hələ də hesab edir ki, regional sülh region ölkələrinin birgə səyləri ilə təmin edilməlidir.

Sizə yeni x var
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...