Modern.az

Fransa şirkəti Qarabağ ermənilərinin növbəti poçt markasını istehsal edib

Fransa şirkəti Qarabağ ermənilərinin növbəti poçt markasını istehsal edib

Aktual

23 May 2014, 16:48

Separatçı “Dağlıq Qarabağ Respublikası hökuməti” yeni poçt markasının təqdimatını keçirib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumatına görə, poçt markası Xankəndi şəhərinin girişindəki “Biz – bizim dağlar” abidəsinin təsvirinə həsr olunub. Maraqlıdır ki, poçt markasının istehsalını Fransanın poliqrafiya məhsullarının çapı ilə məşğul olan “Cartor” şirkəti həyata keçirib.

Markanın qiyməti 550 dramdır (1 ABŞ $-ı).

Xatırladaq ki, bundan öncə də “Cartor” şirkəti “Şuşanın azad olunmasının 20 illiyi”, “Dağlıq Qarabağ Ordusunun yaranmasının 20 illiyi”, “Artsaxın flora və faunası” və s. mövzularda 280 min poçt markası istehsal edib. 

 

Vüqar İsmayılov 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir