Modern.az

Karaçi “flydubai” şirkətinin yeni təyinat məntəqəsi olub

Karaçi “flydubai” şirkətinin yeni təyinat məntəqəsi olub

22 İyun 2010, 15:44

st1:*{behavior:url(#ieooui) }

Dubayın hava yolları olan “flydubai” şirkəti “işıqlar şəhəri” olan Karaçiyə ilk rəsmi uçuşunu etməklə özünün 20-ci təyinat məntəqəsini açıb.

 

Şirkətdən Modern.az-a bildirlib ki, ilk rəsmi reysin göyərtəsində uçuş edən Birləşmiş Ərəb Əmirliklərinin Pakistandakı səfiri Əli Səif Əlavani bildirib: “Birləşmiş Ərəb Əmirlikləri ilə Pakistan arasında münasibətlər möhkəmdir və ikitərəfli ticarətin illik həcmi 6 milyard ABŞ dolları təşkil edir. Bizim ölkələr arasında əlçatan, keyfiyyətli və birabaşa səyahət əlaqələrinin sayının artırılması bu münasibətləri yalnız gücləndirməyə xidmət edəcək”.

 

İlk rəsmi uçuşda iştirak edən “flydubai” şirkətinin Baş Direktoru, Qeyt Əl Qeyt deyib: “Biz  bu gün Karaçiyə uçuşlara başlamağımızdan məmnunuq. Bu, bizim üçün çox vacib bir marşrutdur və biz uzun müddət ərzində uğurla fəaliyyət göstərəcəyimizə ümid edirik”.

 

Dubaydan Karaçiyə bir biletin qiyməti 82 ABŞ dolları təşkil edəcək. Biletləri “flydubai” şirkətinin  səhifəsindən (www.flydubai.com) yaxud səyahət agentlikləri vasitəsilə sifariş etmək olar.

 

“flydubai” şirkətinin modeli çox sadədir, sərnişinlər yalnız almaq istədikləri xidmətə görə pul ödəyirlər. Qiymətə çəkisi 10 kiloya qədər olan bir ədəd əl baqajı və bütün vergilər daxildir.

 

Sərnişinlər cəmi 16 ABŞ  dolları ödəməklə ilk yük çantalarını qeydiyyatdan keçirə bilərlər. Çəkisi maksimum 32 kiloya qədər olan ikinci çantanı isə sərnişinlər 42 ABŞ dolları ödəməklə qeydiyyatdan keçə bilərlər. 

“flydubai” şirkəti Dubayın Beynəlxalq Aeroportunun modernləşdirilmiş və genişləndirilmiş 2 saylı terminalında fəaliyyət göstərir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir