Modern.az

İbtidai sinif müəllimləri üçün təlim kursları başlayıb

İbtidai sinif müəllimləri üçün təlim kursları başlayıb

22 İyun 2010, 16:00

İyunun 21-dən Azad Müəllimlər Birliyi Samux,Tovuz, Lənkəran rayonlarında 2010 -2011 –ci dərs ilində 1-ci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarına başlayıb. 36 təlimçinin daha 15 rayonda aparacağı təlimlərdə 2400 nəfər ibtidai sinif müəllimi kurikulumun tətbiqi ilə bağlı pedaqoji bacarıqlarının, fənn üzrə biliklərinin artırılmasına nail olacaqlar. Proqram Təhsil Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəsi (TSİİL) çərçivəsində həyata keçirilir. Təhsil Nazirliyinin məlumatına görə, 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarını Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi, Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyi keçir. Ümumilikdə 127 təlim mərkəzində 109 təlimçi tərəfindən 8277 müəllimin kurslardan keçirilməsi nəzərdə tutulur. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı