Modern.az

İlham Əliyev həmkarına təşəkkür etdi

İlham Əliyev həmkarına təşəkkür etdi

Aktual

5 Mart 2026, 20:18

Martın 5-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb 

Telefon danışığı zamanı Latviya Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini bildirib. Edqars Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb, hücum nəticəsində yaralananların tezliklə şəfa tapmalarını diləyib.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə Latviyanın dövlət başçısına təşəkkürünü bildirib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, gələcək təmaslar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Sizə yeni x var
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...