Modern.az

Tramp Xameneinin oğlunu QƏBUL ETMİR

Tramp Xameneinin oğlunu QƏBUL ETMİR

Dünya

5 Mart 2026, 21:01

ABŞ prezidenti Donald Tramp İranın növbəti ali liderinin təyin edilməsi prosesində iştirak etmək istədiyini bildirib.

Modern.az xəbər verir ki, o, bu açıqlamanı "Axios"a verdiyi müsahibədə verib.

Tramp bildirib ki, Venesuelada etdiyi kimi, İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməlidir.

O, döyüşlərdə öldürülən İranın Ali Lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin ən çox ehtimal olunan varis olduğunu qeyd etsə də, belə bir nəticəni qəbuledilməz hesab etdiyini açıq şəkildə bildirib. Tramp Xameneinin oğlunu "əhəmiyyətsiz bir fiqur" adlandırıb.

"Biz İrana harmoniya və sülh gətirəcək birini istəyirik", - Tramp deyib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...