Modern.az

Daha bir ölkə İranın Naxçıvana hücumunu PİSLƏDİ

Daha bir ölkə İranın Naxçıvana hücumunu PİSLƏDİ

Aktual

6 Mart 2026, 09:20

Səfirlik Naxçıvan Muxtar Respublikasına edilən hücumlardan sonra Azərbaycanla tam həmrəyliyini ifadə edir.

Bu barədə Modern.az-a Belçikanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, mülki şəxsləri təhlükə altına alan və Azərbaycanın suverenliyini, eləcə də beynəlxalq hüququ pozan bu hücumları qətiyyətlə pisləyirlər: “Zərərçəkənlərin isə tezliklə sağalmasını diləyirik”.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi