Modern.az

Sumqayıtda 2 min abonentin qazı kəsiləcək

Sumqayıtda 2 min abonentin qazı kəsiləcək

Aktual

6 Mart 2026, 11:38

Bu gün Sumqayıt şəhərinin 9-cu mikrorayonundakı təxminən 2 000 abonentə təbii qazın verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Məlumata görə, diametri 89 millimetr olan qaz xəttində aşkar edilən sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq bu gün saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi