Modern.az

Daha 3 rayona yeni prokuror təyin olundu

Daha 3 rayona yeni prokuror təyin olundu

Təhsil

22 İyun 2010, 17:48

Baş prokurorluqdan daha bir neçə rayona prokuror təyinatına dair məlumat açıqlanıb. Baş Prokurorluq üzrə müvafiq əmrlərlə baş ədliyyə müşaviri Şirinov Ceyhun Böyükkişi oğlu ikinci səlahiyyət müddətinə Bakı şəhəri Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub. Ədliyyə müşaviri Pənahov Fəxrəddin Pənah oğlu Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsinə göndərilib. Ədliyyə mayoru Hüseynzadə Mehdi Tofiq oğlu isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsindən azad olunaraq Tərtər hərbi prokuroru vəzifəsinə təyin edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə