Modern.az

“Məşhurların övladları”: Kəmaləddin Heydərov və kiçik oğlu - FOTOLAR

“Məşhurların övladları”: Kəmaləddin Heydərov və kiçik oğlu - FOTOLAR

Reportaj

26 May 2014, 12:59

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız  Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərov barəsindədir.

Bu ilin iyulunda 52 yaşını qeyd edəcək Kəmaləddin Heydərov 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Fövqalədə hallar naziri vəzifəsinə təyin edilib.
Ailəlidir 2 oğlu var.
Atası Fəttah Heydərov Naxçıvanda mühüm dövlət vəzifələrində çalışıb. 1983-cü ildə Naxçıvan MR mədəniyyət naziri işləyib. Hazırda Milli Məclisin deputatıdır.
Kəmaləddin Heydərov təkcə nazir kimi deyil, həm də bəstəkar kimi tanınıb. Populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Azərbaycanın fövqəladə hallar nazirinə məxsusdur. Mahnılarını "Kamal" imzası ilə bəstələyən nazirin nota köçürdüyü bəstələr belə demək olar ki, hətta peşəkar bəstəkarların musiqilərni kölgədə qoya bilir.
50 yaşında ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovu həm də mətbuatdakı tənqidi yazılara ən dözümlü nazir kimi də xarakterizə edirlər. Bəzi müxalifət və müstəqil media orqanlarında mütəmadi olaraq K.Heydərov və onun oğlanları haqqında tənqidi fikirlər, sərt ittihamlar yazılsa da, o, bəzi məmurlardan fərqli olaraq buna dözümlə yanaşıb, məhkəmələrə müraciət etməyib... 

Qeyd etdiyimiz kimi, Kəmaləddin Heydərovun iki oğlu var. Nazirin oğlanlarının adı davranışları və fəaliyyətlərinə görə əsasən müsbət yöndə çəkilib.

Böyük oğlu Tale Heydərovun təqdimata ehtiyacı yoxdur. “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidenti olan Tale Heydərov tez-tez medianın diqqətini cəlb edir, açıqlamalar, müsahibələr verir.
London İqtisadiyyat Məktəbində təhsil almış Tale Heydərov diapor işində ciddi fəaliyyət sahibidir.


Fövqəladə hallar nazirnin kiçik oğlu Nicat Heydərov barəsində isə çox adam çox şey bilmir. Hətta indiyədək onun şəkli bircə dəfə də Azərbayca mediasında işıq üçü görməyib. O da nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıb. Yayılan məlumatlara görə, Nicat Heydərov Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin qızını alıb.
  
Nicat Heydərovun biznes sahəsində fəaliyyət göstərdiyinə dair məliumatlar var. Bildirilir ki, o, «United Enterprises International» şirkətlər qrupunun sədr müavinidir. O, həmçinin aksiya sahibi kimi şirkətin sahibliyini bölüşür. 
Ötənlərdə Nicat Heydərov atası ilə Türkiyədə səfərdə olarkən, məşhur “Trabzonspor” klubunun ofisinə baş çəkiblər. Burada böyük ehtiramla qarşılanan Heydərovlara “Trabzonspor” klubunun geyim formaları hədiyyə olunub.
Modern.az saytı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Nicat Heydərovun Azərbaycan mediasına məlum olmayan fotosunu ilk dəfə dərc edir.


A.Qorxmaz
 

***

Həmçinin oxu:

Tağı Əhmədovun hakim oğlu

//modern.az/articles/49878/1/

Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/

Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/

Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/

Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/

Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/

Nazim İmanovun diplomat oğlu
//modern.az/articles/54901/1/

Aslan İsmayılovun hüquqşünas oğlu
//modern.az/articles/55364/1/

Elçin Əfəndiyevin hüquqşünas qızı
//modern.az/articles/55796/1/

Allahşükür Paşazadənin filosof qızı
//modern.az/articles/56061/1/

Ramiz Mehdiyevin professor qızı
//modern.az/articles/56459/1/

Şəmsəddin Hacıyevin dekan qızı
//modern.az/articles/57209/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı