Modern.az

Hindistan ABŞ-dən gizlənən İran gəmisinə sığınacaq verdi 

Hindistan ABŞ-dən gizlənən İran gəmisinə sığınacaq verdi 

Dünya

7 Mart 2026, 14:45

Hindistan İranın IRIS Lavan hərbi gəmisinin öz limanında lövbər salmasına icazə verib.

Modern.az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə Hindistan rəsmiləri məlumat yayıb.

Məlumata görə, İran fevralın 28-də Hindistandan gəminin təcili qəbul edilməsini xahiş edib və bu tələb martın 1-də təsdiqlənib. Gəmi martın 4-dən etibarən Koçin limanında yerləşir.

Bloomberg mənbəsinin sözlərinə görə, gəminin 183 nəfərlik heyət üzvü yerli hərbi bazalarda yerləşdirilib. Hindistan Xarici İşlər Nazirliyi isə gəminin limana buraxılmasını humanitar addım kimi qiymətləndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı