Modern.az

ABŞ Ukraynanın dron təcrübəsini öyrənir

ABŞ Ukraynanın dron təcrübəsini öyrənir

Dünya

7 Mart 2026, 16:30

Pentaqon nümayəndələri Ukraynanın pilotsuz aparat təcrübəsini öyrənir.

Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. 

Nəşrin məlumatına görə, ötən həftə Pentaqon nümayəndələri Ukraynada olub və Ukraynanın pilotsuz uçuş aparatları sahəsində topladığı təcrübədən istifadə planı üzərində işi davam etdiriblər.

Bildirilir ki, İranın ucuz və asan istehsal olunan pilotsuz aparatlarla həyata keçirdiyi hücumlar ABŞ və onun regiondakı müttəfiqlərinin həssas tərəflərini üzə çıxarıb.

Məlumata görə, Donald Trampın Volodimir Zelenskini tənqid etdiyi bir vaxtda belə, bir neçə ukraynalı rəsmi ABŞ və bir sıra ərəb ölkələrinin Ukraynanın dron-interseptorlarına marağının artdığını təsdiqləyib. Bu ölkələr hazırda mümkün hücumların ön xəttində hesab olunur.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı