Modern.az

Küveytdə qalan hakimlərimiz ölkəyə döndülər 

Küveytdə qalan hakimlərimiz ölkəyə döndülər 

İdman

7 Mart 2026, 23:09

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev və FIFA VAR referisi Nicat İsmayıllı Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən bir müddət Küveytdən Azərbaycana qayıda bilmirdilər.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) Modern.az-a bildirilib ki, bu gün referilərimiz təhlükəsiz şəkildə vətənə qayıdıblar.

AFFA yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkürünü bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada