Modern.az

Azərbaycanda avtomobil idxalı kəskin azalıb

Azərbaycanda avtomobil idxalı kəskin azalıb

27 May 2014, 12:01

“Maşın bazarında hazırkı vəziyyət o qədər də ürəkaçan deyil. Baş verən son proseslər daha çox dinamikanın aşağı düşməsinə səbəb olub”. Bunu Modern.az-a “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirib.

Onun sözlərinə görə, həm avro standartların tətbiqi, həm də kredit sistemindəki dəyişikliklər bazara mənfi təsir göstərib: “Bunu Azərbaycana idxal edilən avtomobillərin sayında da aydın görmək olar. Hazırda avtomobil idxalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox azalma müşahidə edilir”.

Ramil Osmanlının fikrincə, Azərbaycanda bütün növ avtomobillərə tələbat var: “Biz çox vaxt tələbatla tələbi qarışdırırıq. Hər bir insanın avtomobilə tələbatı var. Hazırda daha çox qiyməti 10 min manatdan aşağı olan avtomobillərə üstünlük verilir, bunu da iqtisadi durumla bağlamaq olar. Ümumilikdə, bazarda alıcılıq qabiliyyəti, insanların iqtisadi durumu, eyni zamanda avtomobil almaq üçün müvafiq kredit və lizinq şərtləri avtomobil bazarında əsas problem yaradan səbəblərdir”.

O, “Avro-4” standartının tətbiqinin hansı səviyyədə doğrultduğu haqqında nəsə deməyin tez olduğunu bildirib: “Bunun  üçün ən azı 2-ci rübün yekununu gözləmək lazımdır. Avro-4 standartının tətbiqi ilə bağlı əlimizdə olan ilk məlumat odur ki, Azərbaycanda avtomobil idxalı kəskin azalıb”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi