Modern.az

Heydər Əsədov “Aqrolizinq”ə müvəqqəti sədr təyin etdi

Heydər Əsədov “Aqrolizinq”ə müvəqqəti sədr təyin etdi

27 May 2014, 12:27

Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə sədr əvəzi təyin olunub. Bunu Modern.az saytına Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

“Nazir Heydər Əsədov “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədr səlahiyyətlərinin icrası ilə bağlı əmr verib. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavininə sədrin səlahiyyətlərini icra etmək həvalə olunub. Elşən Məmmədov müvəqqəti olaraq sədr vəzfəsini yerinə yetirəcək”.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov səhhətində yaranmış problemə görə may ayının 21-də  öz xahişi ilə vəzifədən azad olunub.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?