Modern.az

MBASK sığorta şirkətində səhmdarlar dəyişib

MBASK sığorta şirkətində səhmdarlar dəyişib

23 İyun 2010, 10:53

MBASK şirkətinin səhmdarları arasında qarşılıqlı razılığa görə, şirkətin Natella Mikuçadzeyə, Cəmil Məlikova və Unibank KB-yə məxsus olan səhmləri MBASK şirkətinin əsas səhmdarı olan Eldar Qəribov tərəfindən satın alınıb.

 

Yerinə yetirilən tranzaksiyalar nəticəsində şirkətin səhmdarlarının strukturu dəyişib və hazırda qiymətli kağız sahiblərinin siyahıları sistemindən çıxarışa əsasən, şirkətin səhmdarları kimi Eldar Qəribov (səhmlərin 70%-i) və Avropa Yenidənqurma və İnkişaf Bankı (səhmlərin 30%-i) çıxış edirlər, bu AZ 1001003693 saylı ISIN kodla təsdiq edilir.

 

Şirkətdən Modern.az-a bildirilib ki, MBASK səhmdarlarının dəyişməsi şirkətin strategiyasına və operativ işinə əhəmiyyətli dəyişikliklər gətirməyəcək. Əvvəlki kimi, onun fəaliyyətinin başlıca prioriteti bazarda aparıcı mövqelərin qorunub saxlanması, müştərilərə xidmət göstərilməsinin yüksək səviyyəsinin formalaşdırılması və keyfiyyətli sığorta məhsullarının və xidmətləriniin satışına kompleks yanaşmadır.

 

Xatırladaq ki, bu gün üçün MBASK şirkətinin nizamnamə kapitalı 5 730 000 AZN təşkil edir. Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?