Modern.az

Fidan iranlı həmkarına xəbərdarlıq etdi

Fidan iranlı həmkarına xəbərdarlıq etdi

Dünya

Bu gün, 14:14

Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arakçi ilə telefon danışığı aparıb.

Modern.az-ın məlumatına görə, xarici işlər naziri Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib və Türkiyənin buna qarşı bütün lazımi tədbirləri görməyə davam edəcəyini vurğulayıb.

H.Fidan bütün tərəflərin regional təhlükəsizliyi poza biləcək və mülki şəxslər üçün risk yarada biləcək hərəkətlərdən çəkinməli olduğunu vurğulayıb.

İran XİN başçısı Abbas Arakçi isə Türkiyə hava məkanına yönəlmiş raketlərin İrandan gəlmədiyini və məsələ ilə bağlı hərtərəfli araşdırma aparılacağını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada