Modern.az

10 illik müharibəyə hazırıq - SEPAH

10 illik müharibəyə hazırıq - SEPAH

Dünya

10 Mart 2026, 14:38

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məsləhətçisi, briqada generalı İbrahim Cabbari ABŞ-e ilə mümkün hərbi qarşıdurma ilə bağlı sərt bəyanat verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, general İran uzunmüddətli müharibəyə hazır olduğunu qeyd edib.

“Bu məsələ barədə yaxşı məlumatlı biri kimi deyə bilərəm ki, biz ABŞ-e ilə ən azı on il davam edə biləcək müharibəyə hazırıq. On il! ” - İ. Cabbari açıqlamasında qeyd edib. 

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İran ərazisinə genişmiqyaslı hava zərbələri endirdi. Hücumlar İranın hərbi obyektlərini, raket sistemlərini və nüvə proqramı ilə əlaqəli infrastrukturu hədəf alırdı. İlk hücum dalğasında 900-ə yaxın zərbə endirildiyi bildirilir. Bu əməliyyat İsrail tərəfindən "Şirin nəriltisi" adlı hərbi əməliyyat kimi təqdim edildi.

Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenini öldürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!