Modern.az

İranla danışıqlar mümkündür - Tramp

İranla danışıqlar mümkündür - Tramp

Dünya

10 Mart 2026, 16:14

ABŞ prezidenti Donald Tramp İran rəhbərliyi ilə danışıqlar aparılmasının mümkün olduğunu bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, məsləhətləşmələrin keçirilib-keçirilməyəcəyi müəyyən şərtlərdən asılı olacaq.

“Bu mümkündür, hər şey şərtlərin necə olacağından asılıdır”, – o bildirib.

ABŞ prezidenti əlavə edib ki, əslində tərəflərin danışmağa ehtiyacı olmaya da bilər, lakin belə bir ehtimal istisna edilmir.

“Əgər bu barədə yaxşı düşünsək, görünür ki, artıq danışmağa ehtiyacımız yoxdur. Amma bu mümkündür”, – deyə Tramp vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!