Modern.az

Ermənistanda seçkilərə xaricdən müdaxilə cəhdləri var - AÇIQLAMA

Ermənistanda seçkilərə xaricdən müdaxilə cəhdləri var - AÇIQLAMA

Dünya

10 Mart 2026, 16:48

Ermənistanın Xarici Kəşfiyyat Xidməti ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrinə xarici müdaxilə cəhdlərinin ola biləcəyi barədə açıqlama yayıb.

Modern.az xəbərinə görə, qurum bildirib ki, bəzi ölkələrdə erməni sahibkarlara yerli xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən təzyiq göstərilir. Məqsəd həmin biznes nümayəndələrini Ermənistanda müəyyən siyasi qüvvələri maliyyələşdirməyə və dəstəkləməyə məcbur etməkdir.

Xarici Kəşfiyyat Xidmətində qeyd olunub ki, qurum vəziyyəti və seçki proseslərinə xaricdən mümkün müdaxilə cəhdlərini diqqətlə izləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!