Modern.az

İranda yaralananların sayı açıqlandı

İranda yaralananların sayı açıqlandı

Dünya

10 Mart 2026, 20:25

İranda ABŞ və İsrailin zərbələri nəticəsində 15 mindən çox insan yaralanıb.

Modern.az xəbər verir ki, bu haqda İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrail və ABŞ-nin ölkəmizə qarşı başlatdığı müharibənin başlanğıcından bu yana 15 mindən çox vətəndaş yaralanıb”, - bəyanatda deyilir.

Ölkə üzrə 87 tibb mərkəzi, 24 müalicə mərkəzi, 21 təcili yardım stansiyası və 18 təcili tibbi yardım maşınının da vurulduğu iddia edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!