Modern.az

Kütləvi informasiya vasitələrinin dili necə olmalıdır?

Kütləvi informasiya vasitələrinin dili necə olmalıdır?

23 İyun 2010, 14:27

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə «Kütləvi informasiya vasitələrinin dili» mövzusunda respublika elmi konfransı keçiriləcək. Şuradan Modern.az-a verilən məlumata görə, tədbir iyunun 25-də saat 11.00-da Azərbaycan MEA Rəyasət Heyətinin iclas zalında baş tutacaq.

 

Konfransda Azərbaycanda qəzet adları, mətbuat və dil xüsusiyyətləri, mediada söz yaradıcılığının inkişaf xüsusiyyətləri, kütləvi informasiya vasitələrində alınma sözlərin işlənmə məqamları, idman leksikası və digər məsələlərlə bağlı məruzələr səslənəcək, mövzular ətrafında fikir mübadilələri aparılacaq. 

Toplantıda ölkədə KİV sahəsində fəaliyyət göstərən tanınmış alim və mütəxəssislərin, nüfuzlu media qurumlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur. 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...