Modern.az

Rövnəq Abdullayev “Azəriqaz”da ciddi dəyişiklik əmri verdi

Rövnəq Abdullayev “Azəriqaz”da ciddi dəyişiklik əmri verdi

29 May 2014, 17:19

“Dövlət Neft Şirkəti rəhbərinin əmrinə əsasən, “Xaçmaz” və “Salyan” regional qaz-istismar idarələri yaradılacaq”. Bu barədə məlumatı Modern.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin sözçüsü Araz Ağayev verib. Birlik rəsmisinin sözlərinə görə, məqsəd “Azəriqaz İB” üzrə mövcud xərclərin optimallaşdırılmasını təmin etməkdir.

“Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar qaz-istismar sahələri yenidən təşkil edilərək onların bazasında “Xaçmaz Regional Qaz İstismarı İdarəsi”, Salyan, Saatlı, Sabirabad, Neftçala, Şirvan, İmişli, Hacıqabul qaz-istismarı sahələri yenidən təşkil edilərək “Salyan Regional Qaz İstismarı İdarəsi” yaradılacaq”.

“Xaçmaz” və “Salyan” regional qaz-istismarı idarələrinin yaradılması iyunun 17-dən həyata keçiriləcək.

A. Ağayev həmçinin struktur dəyişikliyilə bağlı ixtisar olacağı məsələsinə də aydınlıq gətirib: “Əmək münasibətlərinin həmin təşkilatlarda çalışan işçilərin əmək münasibətlərinin davam etdirilməsi imkanları araşdırılacaq. Bununla Baş Ofisin İnsan Resursları Deportamenti məşğul olacaq. Bu istiqamətdə mövcud qanunvericiliyə və Dövlət Neft Şirkətinin daxili normativ sənədlərinə uyğun tədbirlər görüləcək”.

Birlik rəsmisi həmçinin yaxın vaxtlarda Bakı və Abşeron rayonu üzrə hər hansı struktur dəyişikliyi gözlənilmədiyini də bildirdi. “Daha sonra necə olacaq, bu haqda bir söz deyə bilmərəm”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir