Modern.az

“Azərbaycana Dağlıq Qarabağı azad etmək üçün 6 gün vaxt lazımdır”

“Azərbaycana Dağlıq Qarabağı azad etmək üçün 6 gün vaxt lazımdır”

Qarabağ

23 İyun 2010, 15:11
Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağ saati” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edərık, jurnalistləri maraqlandıran sualları cavablandırıb.

SİTM sədri əvvəlcə erməni silahlı qüvvələrinin son günlər intensiv şəkildə atəşi pozmasına münasibət bildirib. Politoloq deyib ki, Ermənistan diqqəti ATƏT-in Minck Qrupunun hazırladığı Yenilənmiş Madrid Prinsiplərindən yayındırmaq üçün regionda gərginliyi artırmaq istəyir: “Azərbaycanın Yenilənmiş Madrid Prinsiplərini qəbul etməsi Ermənistan üçün gözlənilməz oldu. İndi Ermənistan çalışır ki, sənəddə güc tətbiq edilməsinə qadağa qoyan müddəanı gündəmə gətirsin. Rəsmi Yerevan Türkiyə ilə danışıqlara başlamaqla Dağlıq Qarabağ münaqişəsinin həllini bir neçə ay uzada bildi. Ermənistan cəbhə bölgəsində tez-tez atəşkəsi pozmaqla vaxt qazanmaq istəyir. Son əməliyyatlar Ermənistan Ordusunun hərbi qüdrətilə bağlı yaranmış mifi dağıtdı. Milli Ordumuzun bir əsgəri 4 erməni hərbçisini öldürməklə Azərbaycan Silahlı Qüvvələrinin hansı hərbi qüdrətə malik olduğunu sübut etdi”.
M.Əhmədoğlu deyib ki, Ermənistan hakimiyyətinin müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınması bu ölkə üçün yaxşı perspektiv vəd etmir: “Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürüb, Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirə bilər. Azərbaycan Prezidenti də dəfələrlə öz çıxışlarında buna işarə vurub. Ermənistanın KTMT üzvü olması Azərbaycanın əl-qolunu bağlamır. Çünki KTMT-nin Nizamnaməsi Azərbaycana qarşı güc tətbiq etməyə imkan vermir. Onu da nəzərə almaq lazımdır ki, KTMT çevik qərar qəbul edən orqan deyil. KTMT 12 gundur ki, Qırğızıstanla bağlı qərar verə bilmir. Azərbaycana isə Dağlıq Qarabağı erməni işğalından azad etmək üçün cəmi 6 gün vaxt lazımdır”.

Sonda SİTM sədri maraqlı bir fakt açıqlayıb. M.Əhmədoğlu deyib ki, Ermənistan Azərbaycanın işğal altında olan Kəlbəcər rayoninda İranla birgə raket əleyhinə müdafiə sistemi yaradir. Politoloqun sözlərinə görə, Ermənistanın bu addımı ilk növbədə Rusiyaya və NATO-ya qarşı yönəlib. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir