Modern.az

Abbas Abbasov: “Azərbaycan 200 ildə heç vaxt Rusiyanı satmayıb” – MÖVQE

Abbas Abbasov: “Azərbaycan 200 ildə heç vaxt Rusiyanı satmayıb” – MÖVQE

Aktual

29 May 2014, 22:28

“Azərbaycan xalqlarımızn 200 illik birgə tarixində heç vaxt Rusiyanı satmayıb”. Modern.az bildirir ki, bu sözləri “Azerros” Azərbaycanlıların Federal Mədəni Muxtariyyəti –“Azerros”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Moskvada keçirlən “Rusiya tarixində azərbaycanlılar” adlə konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyev tərəfindən aparılan bu günkü siyasi kurs bunu bir daha təsdiq edir. “Bu siyasət təsdiq edir ki, Azərbaycan Rusiyanı özünün ən sədaəqtli dostu və strateji partnyoru hesab edir”-deyə Abbas Abbasov vurğulayıb.

Ağsaqqalar Şurasının sədri vurğulayıb ki, rus və azərbaycan xalqını əsrlərdən keçib gələn uzun müddətli bağlar birləşdirir. Bu münasibətlərin tarixi isə hər bir azərbaycanlı üçün əziz bir arxivdir. “Azerros”un rəhbərinin sözlərinə görə, “Azərbaycanın könüllü olaraq Rus imperiyasının tərkibinə daxil olması iki mədəniyyətin qarşılıqlı inkişafına imkan verib”.

“Rusiya mənim üçün təkcə Azərbaycanın qonşusu olan bir dövlət yox, Rusiya vəətndaşı olan milyonlarla azərbaycanlının yaşadığı bir ölkədir”-deyə A. Abbasov vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan A. Abbasov qeyd edib ki, Azərbaycan xalqı bu problemin sülh yolu ilə həll olunması üçün Rusiyanın atacağı addımları gözləyir.

 

X. SƏFƏRLİ

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi