Modern.az

“Son zəng” çalındı: Bu, 11 illik bərabərliyin son günü oldu - FOTOLAR

“Son zəng” çalındı: Bu, 11 illik bərabərliyin son günü oldu - FOTOLAR

30 May 2014, 13:43

Bu gün Azərbaycanın ümumtəhsil məktəblərinin bir hissəsində son zəng keçirilir. Modern.az-ın əməkdaşları da vaxtilə son zəng həyəcanını yaşayıblar. Bugünkü məzunların son zənglə bağlı həyəcanlarını müşahidə etmək üçün bir məktəbə baş çəkdik.

Nərimanov rayonu məktəb-lisey kompleksinin həyətində böyük izdiham yaşanırdı. Valideynlər övladlarını kənarda dayanıb seyr edirdi. Kimi gizlində ağlayır, kimi də övladının köynəyinə ürək sözlərini yazırdı. “Bir ana kimi çox sevinirəm. Oğlumun xoş günündə onunlayam”. Təbii ki, 11-cilər valideynlərinin sevincli göz yaşlarının səbəbini duya bilmirlər. Bunu yalnız illər keçəndən sonra valideyn olan zaman bilmək olar.

Hər bir şagirdin üzündə qeyri-adi təbəssüm vardı. Bir-birlərindən ayrılmaq istəməyən 11-cilər məzun kəmərlərinin, köynəklərinin üstünə ürək sözlərini yazırdı. Amma oğlanlardan birinin həvəslə qızlardan birinin köynəyinə nə yazdığı diqqətimi cəlb etdi. Görəsən, sevgi etirafıdır, yoxsa?! Bu, sual olaraq qalsın. Hər halda, 11 illik həyatın ən gözəl gününü bir-iki saatlıq bərabər şəkildə qeyd etmək heç vaxt unudulmayacaq, xatirələrin bağlanmayacaq səhifələridir. Çünki saflığın,  insanlığın, zəngin mənəviyyata sahib olmağın bünövrəsi 11 illik məktəb həyatımızda qoyulur. Bütün 11-ciləri təbrik edirik.

 

Namidə BİNGÖL

Rafiq QƏNBƏROV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi