Modern.az

Ziya Səmədzadə: “Yeni qanun Azərbaycan məhsullarını dünya bazarına çıxaracaq”

Ziya Səmədzadə: “Yeni qanun Azərbaycan məhsullarını dünya bazarına çıxaracaq”

30 May 2014, 13:45

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə geniş məlumat verib. O bildirib ki, qanun layihəsi ilə sahibkarlıq sahəsində uyğunluğun qiymətləndirilməsi mümkün olacaq. Sahibkarlıq sahəsinin bu yeni növünün məqsədi ölkəmizdə istehsal olunan məhsulların standartlara nə dərəcədə cavab verməsini yoxlamadır.
“Bu standartlar nəticəsində məhsullarımızı dünyaya çıxartmaq mümkün olacaq. Qanunvericilik bazası yaranacaq. Bu qanun qeyri-neft sektorundakı məhsullar daxili və xarici bazarda rəqabət qabiliyyətinin güclənməsinə imkan verəcək”.

Qeyd edək ki, qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

 

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər