Modern.az

Avrasiya İqtisadi İttifaqı haqqında müqavilədə nələr var? – MÜDDƏALAR

Avrasiya İqtisadi İttifaqı haqqında müqavilədə nələr var? – MÜDDƏALAR

30 May 2014, 15:35


Mayın 29-da Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksnadr Lukaşenkonun Astana şəhərində imzaladıqları “Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə”  28 hissədən, 118 maddədən ibarətdir.

Modern.az saytı “Media forum”-a istinadən xəbər verir ki, müqavilənin 1-ci hissəsi ümumi müddəalardır. 2-ci hissədə əsas prinsiplər, məqsədlər, ittifaqın hüquqları və səlahiyyətləri əksini tapıb. 3-cü hissə ittifaqın orqanları; 4-cü hissə ittifaqın büdcəsi; 5-ci hissə informasiya əməkdaşlığı və statistika; 6-cı hissə Gömrük İttifaqının fəaliyyəti; 7-ci hissə tibbi ləvazimatların və müalicə vasitələrinin dövriyyəsinin nizamlanması; 8-ci hissə gömrük nizamlanması; 9-cu hissə xarici ticarət siyasəti; 10-cu hissə texniki nizamlanma; 11-ci hissə sanitar, veterinar-sanitar, karantin və fitosanitar tədbirlər; 12-ci hissə istehlakçıların hüquqlarını müdafiə; 13-cü hissə makroiqtisadi siyasət; 14-cü hissə valyuta siyasəti; 15-ci hissə xidmət ticarəti, idarələr, investisiyaların həyata keçirilməsi; 16-cı hissə maliyyə bazarlarının nizamlanması; 17-ci hissə vergilər və vergilər və ödəmələr; 18-ci hissə rəqabətin prinsip və qaydaları; 19-cu hissə təbii monopoliyalar; 20-ci hissə energetika; 21-ci hissə nəqliyyat; 22-ci hissə dövlət (bələdiyyə) və satınalmaları; 23-cü hissə intellektual mülkiyyət; 24-cü hissə sənaye; 25-ci hissə aqrar sənaye kompleksi; 26-cı hissə əmək miqrasiyası haqqındadır.

Müqavilənin 27-ci hissəsində keçid müddəaları verilib, 28-ci hissədə isə yekun müddəalar əks olunub. Müqaviləyə əsasən, ittifaqın orqanları bunlardır: Ali Avrasiya İqtisadi Şurası, Avrasiya Hökumətlərarası Şurası, Avrasiya İqtisadi Komissiyası, Avrasiya İqtisadi İttifaqının Məhkəməsi.  

Ali Avrasiya İqtisadi Şurasında, Avrasiya Hökumətlərarası Şurasında və Avrasiya İqtisadi Komissiyasında sədrlik rus əlifbası ilə rotasiya qaydasında həyata keçirilir. Sədrlik müddəti 1 ildir. Müqavilənin sonuncu - 118-ci maddəsində deyilir ki, ittifaqdan çıxmaq üçün dövlət müraciət edə bilər və onun ittifaqdan çıxması müraciət etdiyi gündən başlayaraq 12 ay ərzində gerçəkləşir. Bu müddətdə həmin dövlət “Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə”dən irəli gələn bütün öhdəliklərini yerinə yetirib qurtarmalıdır.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir