Modern.az xəbər verir ki, iyunun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.Abbaszadənin yanında ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının nəticələrinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə qərara alınıb ki, ali təhsil müəssisələri magistraturalarının aşağıda göstərilən ixtisaslaşmalarının dövlət sifarişli yerləri üzrə müsabiqə şərtləri dəyişdirilsin: bu yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi balı (balların cəmi) 80-dən, o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılsınlar.
Proqram nömrəsi
| İxtisaslaşma kodu
| İxtisaslaşmanın adı |
6 | 22285 | Qara və əlvan metalların və ərintilərin tökmə istehsalı |
6 | 22317 | Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlığı |
6 | 22325 | Kompozisiya və ovuntu materialları, örtüklər |
7 | 22625 | Cihazqayırma texnologiyası (ümumi cihazqayırma) |
7 | 22999 | Maddi istehsal vasitələrinin renovasiyası (maşınqayırma sahəsi üzrə) |
7 | 29398 | Texnoloji maşınlar və avadanlıqlar |
7 | 56265 | Maşınqayırma texnologiyası |
7 | 56298 | Texnoloji maşınlar və avadanlıqlar (yeyinti sənayesi üzrə) |
7 | 56313 | Texnoloji maşınlar və avadanlıqlar (toxuculuq və yüngül sənaye üzrə) |
15 | 56354 | Texniki sistemlərdə idarəetmə və informatika |
18 | 24683 | Materialşünaslıq və materialların texnologiyası |
21 | 56532 | Ətraf mühitin mühəndis mühafizəsi |
22 | 29462 | Çörək, makaron, unlu qənnadı məmulatlarının və qida konsentratlarının texnologiyası |
22 | 56362 | Taxıl və taxıl məhsullarının saxlanılması və emalı texnologiyası |
22 | 56379 | Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası |
22 | 56387 | Qida sənayesi və iaşə sistemində bədii layihələndirmə və tərtibat |
23 | 56427 | Tikiş məmulatlarının texnologiyası |
23 | 56435 | Gön-dəri məmulatlarının konstruksiya edilməsi |
23 | 56443 | Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi |
23 | 56451 | Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi |
27 | bütün ixtisaslar |
|
47 | 52117 | Aqrobiokimya |
47 | 52133 | Aqronomluq |
47 | 52141 | Bitkilərin mühafizəsi |
47 | 52158 | İpəkçilik |
47 | 52174 | Kənd təsərrüfatı bitkiləri genetikası |
47 | 52182 | Bitkiçilik |
47 | 52199 | Meyvəçilik |
47 | 52222 | Üzümçülük |
52 | 54742 | Xarici dillər (rus dili) |
65 | bütün ixtisaslar |
|