Modern.az

Türkiyə Müdafiə Nazirliyindən İrana MESAJ

Türkiyə Müdafiə Nazirliyindən İrana MESAJ

Dünya

13 Mart 2026, 14:35

Türkiyə Milli Müdafiə Nazirliyi İrandan atılan ballistik raketlə bağlı rəsmi məlumat yayıb.

Modern.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada  İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Əlavə edilib ki, Türkiyə ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı bütün zəruri tədbirlərin qətiyyətlə və tərəddüd etmədən görüldüyü vurğulanıb:

"Hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq ölkə ilə müzakirələr aparılır. Bölgədəki bütün inkişaflar diqqətlə izlənilir və qiymətləndirilir, milli təhlükəsizliyimiz prioritet təşkil edir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!