Arxiv
23 İyun 2010, 23:31 | PARLAMENT
Qənirə Paşayeva AŞPA-dan səsləndi: "Azərbaycanda 30 min erməni yaşayır"

Avropa Şurası Parlament Assambleyasında məruzəçi Moqens Jensenin hazırladığı «Avropada İslam, İslamizm və İslamafobiya» adlı məruzə ətrafında geniş  müzakirələr olub. Müzakirələrdə BMT-nin “Mədəniyyətlər İttifaqı” üzrə Ali nümayəndəsi Jorge Sampaion da çıxış edib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva da məruzə ilə bağlı fikirlərini bildirib:

 

“Mən əvvəlcə məruzəçiyə bu cür vacib bir mövzuda məruzəsinə görə təşəkkür edir və cənab Corc Sampaioyonu da dolğun çıxışına görə təbrik edirəm. Çox sevindirici haldır ki, Türkiyə və İspaniyanın təşəbbüsü olan Mədəniyyətlər İttifaqı bu iki ölkənin öncüllüyündə həyata keçirilən bir Birləşmiş Millətlər projesinə  çevrildi və BMT-nin üzvü olan 100-dən artıq ölkə və beynəlxalq təşkilatlardan ibarət Dostlar qrupu tərəfindən dəstəklənir. Biz də öz tərəfimizdən Assambleya olaraq bu İttifıqın fəaliyyətini geniş dəstəkləməklə yanaşı Avropa məkanında dözümsüzlüyün artmasına, tolerantlığın azalmasına və ksenofobiyaya qarşı ciddi mübarizə aparmalıyıq. Avropa Şurası məkanında İslamafobiyanın artması hamımızı narahat etməlidir. Biz bunun səbəblərini təhlil etməli və onlara qarşı mübarizə aparmalıyıq. Görünən səbəbləndən biri odur ki, Avropa məkanında insanlar arasında islam dini ilə bağlı həqiqi biliklər, doğru biliklər tamamilə azdır. Bu baxımdan Avropada gənclərin xristian, İslam və yəhudi dinləri ilə bağlı doğru məlumatlar əldə etməsi üçün səylərimizi gücləndirməliyik. Amma ən ciddi problem və təssüf doğuran odur ki, mənim Hollandiyalı həmkarım cənab Koksun da çıxışında dediyi kimi, Avropa məkanında bəzi siyasətçilər, mətbuat və mediya qrumları və qeyri-hökumət təşkilatları da İslamafobiyanın artmasında böyük rol oynayırlar.  Biz buna qarşı ciddi mübarizə aparmalıyıq.  Ona görə də biz hökumətlərlə yanaşı, siyasətçilərə, qeyri-hökumət təşkilatlarına, mətbuat və mediya qurumlarına da çağırış edərək onları bu cür məsələlərdə diqqətli olmağa çağırmalıyıq.

Biz bəzən Avropanın bəzi mətbuat orqanlarında, habelə bəzi siyasətçilərin çıxışlarında belə ifadələr eşidirik - İslam ekstremizmi.  Bunlar çox yanlış ifadələrdlir. İslam olan yerdə ekstremizm ola bilməz. Bu cür ifadələr işlətməklə milyonlanla müsəlmanın dini həssasiyyətlərinə toxunmaq doğru olmazdı. İslam dinindən bir az da olsun xəbəri olanlar, İslamın müqəddəs kitabı Quranı oxuyanlar bilir ki, İslam sevgi dinidir, başqalarına hörmət dinidir.

Qloballaşan dünyada önyarğılar son dərəcədə qütbləşmənin simvolu halına gələn “biz və onlar” ayrımını ortadan qaldıracaq bir anlayışı əsas tutmalıyıq. Unutmamalıyıq ki, dözümsüzlük qarşıdurmanı, çatışmanı doğurur. Bunun üçün atmamız gərəkən əsas addımlar tolerantlığı genişləndirmək, dialoqu genişləndirməkdir.

BMT-nin “Mədəniyyətlər İttifaqı” üzrə Ali nümayəndəsi cənab Jorge Sampaionun da burada söylədiyi kimi dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanının nələrə səbəb olduğunu görməmiz üçün dünyada bir çox örnəklər var və biz onlardan dərs almalıyıq.  Təssüf ki, başqa millət və dinlərə qarşı dözümsüzlük, etnik təmizləmə siyasəti bəzi dövlətin dövlət siyasətinə çevrilib və bu bizim hamımızı  narahat etməlidir. Məhz bunun nəticəsi idi ki, 1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandan öz ev-eşiyindən, öz yurd-yuvasından qovdu və bu gün orada bir azərbaycanlı belə yaşamır. Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 1 milyon insanı öz ev-eşiyndən didərgin saldı,  Ermənistan silahlı qüvvələri Xocalı şəhərində  qətliam törətdilər. Amma bütün bunlara baxmayaraq  Azərbaycanda erməni kilisəsinə toxunulmadı və bu gün də Azərbaycanda 30 min erməni yaşayır. Amma Ermənistanda və Ermənistanın işğal etdiyi Azərbaycan toraqlarında azərbaycanlılara məxsus camilər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi və onların nə vəziyyətə salındığını göstərən foto və videoları maraqlanan hər kəsə göndərə bilərəm. Bunları ona görə deyirəm ki, biz bu cür hadisələrdən dərs çıxarmalı və harada baş verməsindən asılı olmayaraq bu kimi hallara və onu törədənlərə qarşı sərt mübarizə aparmalıyıq. Əks halda  dünyada gərginliklər və çatışmalar daha da artacaq və biz gələcək nəsillərə daha pis bir dünyanı miras qoyacağıq.

 

Hörmətli xanımlar və cənablar!

 

Biz hamımız Avropanın və dünyanın gələcəyi üçün mədəniyyətlər  qarşıdurmasını, çatışmasını ön plana atanlara “mədəniyyətlər ittifaqı mümkündür” deməmiz gərəkir və eyni zamanda bunin üçün dayanmadan çalışmamız lazımdır”. Modern.az

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rauf Arifoğlu xəstəxanaya yerləşdirildi - Baş redaktor səhiyyəni TƏRİFLƏDİ 19 İyun 2019, 11:38 “Buta Airways”in Kiyev reysləri müvəqqəti olaraq “Borispol” hava limanına həyata keçiriləcək 19 İyun 2019, 11:34 II Avropa Oyunlarının açılışına qatılacaq dövlət başçıları - SİYAHI 19 İyun 2019, 11:33 Sənaye ixracında 11 milyon dollarlıq ARTIM 19 İyun 2019, 11:32 Türkiyədə “B.R.T Azərbaycan” futbol klubuyla təsadüfi görüş - REPORTAJ 19 İyun 2019, 11:28 Müəllimlərin maaşının artması valideynləri də seçimə vadar edəcək - Deputat 19 İyun 2019, 11:08 Azərbaycanın qeyri-neft məhsullarının xaricə satışı ARTIB 19 İyun 2019, 11:04 160 min müəllimin maaşı artırılıb 19 İyun 2019, 11:00 Maaş artımı pensiyalara da təsir edəcək 19 İyun 2019, 10:57 ABŞ səfirliyi amerikalı idman elçilərinin Azərbaycan səfərini maliyyələşdirir 19 İyun 2019, 10:45 Prezidentin maaşlarla bağlı sərəncamları – 2 milyon insanı əhatə edir 19 İyun 2019, 10:31 Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər... 19 İyun 2019, 10:28 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 19 İyun 2019, 10:11 “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL 19 İyun 2019, 10:07 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 19 İyun 2019, 10:01 Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək 19 İyun 2019, 10:01 Azərbaycanla BƏT arasında əməkdaşlıq müzakirə olunub 19 İyun 2019, 09:52 Deputat Sədaqət Vəliyeva Prezidentin maaşlarla bağlı sərəncamı HAQDA... 19 İyun 2019, 09:47 Başına 4  milyon qoyulan PKK terrorçusu məhv edildi 19 İyun 2019, 09:38 Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO 19 İyun 2019, 09:34 Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər 19 İyun 2019, 09:29 Mübariz İbrahimovun anım günüdür 19 İyun 2019, 09:17 “University Foundation Center”də beşinci buraxılış gecəsi keçirildi 19 İyun 2019, 09:11 Babək prospektində qəza oldu - tıxac yarandı 19 İyun 2019, 09:05 Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşdən YAZDI 19 İyun 2019, 09:00 Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!” 19 İyun 2019, 08:52 Azay Quliyev Prezidentə təşəkkür etdi 19 İyun 2019, 08:43 Manat və dolların məzənnəsi   19 İyun 2019, 08:27 Amerikanın azərbaycanlı dirijoru 19 İyun 2019, 08:24 Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19